Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda profilaktik tədbirlər davam etdirilir

06 iyul 2020 | 16:00

Nəsimi rayonunda xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə gücləndirilmiş monitorinqlər davam etdirilir.  Rayon İcra Hakimiyyəti  Başçısının,  RİH Başçısı  Aparatının məsul əməkdaşlarının,  hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı və   yaradılmış mobil qrupların üzvləri  tərəfindən əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə mütəmadi reydlər keçirilir, obyekt sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və təvisiyyələrinə ciddi əməl etmələri barədə göstərişlər verilir.

Sakinlərlə sosial  məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiya edici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.    

Reydlər zamanı pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.

     

Keçidlər