Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda xüsusi karantin rejimi ilə bağlı monitorinqlər davam etdirilir

07 iyul 2020 | 16:00

Nəsimi rayonu ərazisində Rayon İcra Hakimiyyəti  Başçısının,  Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin və  rayonun ayrı-ayrı əraziləri üzrə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda  izahetmə xəbərdarlıq işləri davam etdirilir.

Reydlər zamanı rayon ərazisində koronavirus (Covid-19) infeksiyası əlaeyhinə görülən tədbirlərin daha da effektli nəticə verməsi üçün vətəndaşların məsuliyyətli olmasının mühüm əhəmiyyət  kəsb  etdiyi bir daha sakinlərin diqqətinə çatdırılır, sakinlərlə sosial  məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiya edici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır. 

 

Keçidlər