Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə monitorinqlər davam etdirilir

08 iyul 2020 | 16:00

Nəsimi rayonu ərazisində Rayon İcra Hakimiyyəti  Başçısının,  Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin və  rayonun ayrı-ayrı əraziləri üzrə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə ticarət obyektlərində  və fəaliyyətlərinə  icazə verilmiş digər obyektlərdə profilaktik reydlər davam etdirilir.

Reydlər zamanı  xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilmiş obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilir, pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.

Keçidlər