Nəsimi rayonunda monitorinqlər davam etdirilir
09 iyul 2020 | 16:00
Nəsimi rayonu ərazisində Rayon İcra Hakimiyyəti Başçısının, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin və xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə ticarət obyektlərində və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə profilaktik reydlər davam etdirilir.
Reydlər zamanı xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilmiş obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilir.