Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşmüşdür

09 iyul 2020 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ceyhun Səlimov küçəsi 7 ünvanında aparılan abadlıq işlərinin gedişatı ilə tanış olarkən  sakinlərlə görüşmüşdür. O, sakinləri narahat edən məsələlərlə maraqlanmışdır. Həyətin abadlığı ilə bağlı əvvəl verilmiş tapşırıqların icrasının gedişi  barədə xidmət sahələrinin rəhbərləri məlumatlar vermiş və sakinlərlə birlikdə müzakirələr aparılmışdır.

Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər