Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

10 iyul 2020 | 16:00

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırda Moskva prospekti  boyunca  46,52, 58, 62, 70, 74, 82, 86, 90, 92 və 96 saylı binaların fasadlarında bərpa və rənglənmə işləri davam etdirilir, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılır,  görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv reklamlar yığışdırılaraq ərazidə təmizlik işləri aparılır, yeni yaşıllıq zolaqları salınır.    

Görülmüş  işlər çərçivəsində 1500 kv.m-dən artıq  qazon örtüyü  vurulmuş, 950 kv.m-dən artıq səki daşları yenilənmiş, 550 p/m  yeni bardür quraşdırılmış, yaşıllıqların sulanması üçün yeni su xəttləri çəkilmişdir. Moskva prospekti 74 və 96 saylı binaların həyətlərinə   söhbətgahlar qoyulmuşdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  başlanılmış abadlıq-quruculuq işləri davam etdirilir.

 

Keçidlər