Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir

11 iyul 2020 | 16:00

Yeni növ koronavirus (COVİD-19 ) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə yerlərdə əməl olunması üçün rayon ərazisində karantin dövründə fəaliyyətlərinə icazə verilən obyektlərdə təbliğat-izahat və maarifləndirmə işləri  Nəsimi rayonunda daha da gücləndirilib.

Rayon İcra Hakimiyyəti  Başçısının,  Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin və  rayonun ayrı-ayrı əraziləri üzrə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə ticarət obyektlərində  və fəaliyyətlərinə  icazə verilmiş digər obyektlərdə profilaktik reydlər davam etdirilir, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri barədə müvafiq tapşırıqlar verilir.

 

 

Keçidlər