Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

16 iyul 2020 | 16:00

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırda Moskva və Tbilisi  prospektləri   boyunca   yaşayış binalarının  fasadlarında bərpa və rənglənmə işləri davam etdirilir, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılır,  görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv reklamlar yığışdırılır,  yeni yaşıllıq zolaqları salınır,  mövcud yaşıllıq zolaqlarında abadlıq işləri aparılır.    

Görülmüş  işlər çərçivəsində 2200 kv.m-dən artıq  qazon örtüyü  vurulmuş, 1500 kv.m-yə yaxın   səki daşları yenilənmiş, 900 p/m  yeni bardür quraşdırılmış, yaşıllıqların sulanması üçün yeni su xəttləri çəkilmişdir. Moskva prospekti 52, 74, 82 və 96 saylı binaların həyətlərinə   söhbətgahlar qoyulmuşdur.

A.Salamzadə və M.Cəfərov küçələri ilə Tbilisi prospektinin kəsişməsində piyadaların sərbəst və təhlükəsiz hərəkətləri üçün yeni səkilər yaradılmış, Tbilisi prospekti boyunca mövcud yaşıllıqlarda bərpa işləri aparılmışdır.

Moskva prospektindən 48, 52 və 84 saylı evlərin məhəllələrinə dönən məhəllə daxili yollarda bərpa işləri aparılaraq 1500 kv.m-dən artıq asfalt örtüyü vurulmuşdur.

Moskva prospekti 74 və 82 ünvanlarında məişət tullantıllarının müvəqqəti toplanması üçün müasir tələblərə uyğun zibil meydançalarının inşası davam etdirilir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  başlanılmış abadlıq-quruculuq işləri davam etdirilir.

Keçidlər