Şriftin ölçüsü :

Saytın rəngi :

AVMVİB-nin Nəsimi rayon şöbəsinin sədri və bir qrup üzvü Tovuz bölgəsində olmuşlar.

17 iyul 2020 | 16:00

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanır. Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə edirlər.  Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını alması, canlı qüvvələrini və texnikalarını məhv etməsi xalq tərəfindən coşqunluqla qarşılanır.

 Bu günlərdə AVMVİB-nin Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik Elmar Hüseynov bir qrup veteranla birgə əsgərlərimizə öz dəstəklərini ifadə etmək üçün Tovuz bölgəsində olmuşlar.

Keçidlər