Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşmüşdür
23 iyul 2020 | 16:00
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nəsimi rayonu, S.Rüstəm, H.ələsgərov, Q.Quliyev küçələrinin əhatəsindəki məhəllədə yaşayan sakinlərlə görüşmüşdür.
O, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir. Görüş zamanı sakinlərin qaldırdıqları məsələlərin həlli, abadlıq və sanitar vəziyyətin yaxşılaşdırılması ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.
Koronavirus (COVİD-19) infeksiyası ilə bağlı profilaktik işlər çərçivəsində ünvanda zəruru işlər aparılmış və abadlıq tədbirləri davam etdirilməkdədir.