Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşmüşdür

24 iyul 2020 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Moskva prospektində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri ilə  tanış olarkən sakinlərin istəyi ilə onlarla görüşmüşdür. O sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir.

Görüş zamanı bildirilmişdir ki, Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla həyata keçirilir.

Hazırda Moskva və Tbilisi  prospektləri   boyunca   yaşayış binalarının  fasadlarında bərpa və rənglənmə işləri davam etdirilir, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılır,  görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv reklamlar yığışdırılır,  yeni yaşıllıq zolaqları salınır,  mövcud yaşıllıq zolaqlarında abadlıq işləri aparılır. Moskva prospekti 52, 74, 82 və 96 saylı binaların həyətlərinə   söhbətgahlar qoyulmuşdur.   

Görüş zamanı sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

      Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar  elan olunmuş xüsusi karantin rejimi dövründə hər kəsin dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməli olduqlarını  bildirmişlər.

 

 

Keçidlər