Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Qurban Bayramı münasibətilə sosial aksiyalar davam etdirilir

30 iyul 2020 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində  müqəddəs Qurban  bayramı ərəfəsində  növbəti sosial aksiya həyata keçirilib. 

Aksiyalar çərçivəsində rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon könüllüləri tərəfindən  rayonun müxtəlif ünvanlarında yaşayan  sosial müdafiəyə ehtiyacı olan 1500-dən artıq ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsullarından ibarət  bayram sovqatları çatdırılıb.

Aksiyalar zamanı həmçinin  rayon sakinləri ilə yeni növ koronavirus (COVİD-19 ) infeksiyasının  daha geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunmasının zəruriliyi barədə maarifləndirmə işləri aparılmışdır.

Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs  Qurban bayramı ərəfəsində onlara  göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər