Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

05 avqust 2020 | 16:00

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırda Moskva   prospekti   boyunca   yaşayış binalarının  fasadlarında bərpa və rənglənmə işləri davam etdirilir, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılır,  görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv reklamlar yığışdırılır,  yeni yaşıllıq zolaqları salınır.

Görülmüş  işlər çərçivəsində 2400 kv.m-dən artıq  qazon örtüyü  vurulmuş, 2000 kv.m-yə yaxın   səki daşları yenilənmiş, 900 p/m  yeni bardür quraşdırılmış, yaşıllıqların sulanması üçün yeni su xəttləri çəkilmişdir. Moskva prospekti 52, 74, 82 və 96 saylı binaların həyətlərinə  söhbətgahlar qoyulmuşdur.

Hazırda  Tbilisi prospekti boyunca  istinad divarlarında bərpa və rənglənmə işləri davam etdirilir, yeni yaşıllıq zolaqları salınır, mövcud yaşıllıq zolaqlarında abadlıq işləri aparılır.    

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  başlanılmış abadlıq-quruculuq işləri davam etdirilir.

 

Keçidlər