Nəsimi rayonunda “Maskadan istifadə et” və “sosial məsafə gözlə”, “bir-birimizi qoruyaq!”, “böyüklərimizi qoruyaq” devizləri altıında sosial maarifləndirmə aksiyaları keçirildi.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev koronavirus pandemiyasının yayıldığı ilk günlərdə könüllülərin vətəndaşlara dəstəyi üçün çağırış etdi. Prezident cənab İlham Əliyevin çağırışına cavab olaraq, rayon gəncləri və tələbələri “Biz birlikdə güclüyük” şüarı altında birləşərək, koronavirus pandemiyası dövründə sosial aksiyalara, kompaniyalara, layihələrə dəstək verərək birlik nümayiş etdirdilər.
Eyni zamanada rayon könüllülərinin iştirakı ilə bir çox layihələr həyata keçirilməyə başlanıldı. “Maskadan istifadə et” və “sosial məsafə gözlə”, “bir-birimizi qoruyaq!”, “böyüklərimizi qoruyaq” devizləri altıında sosial maarifləndirmə aksiyaları keçirildi.
“Bir-birimizi qoruyaq” və “Böyüklərimizi qoruyaq” devizi altında rayon könüllüləri çalışmış və eyni zamanda tənha və yaşlı insanlara İcra Hakimiyyətinin dəstəyi ilə yardımlar aparmışlar. Rayon yaşlılarının istək və arzularını həyata keçirməyə çalışmışlar.
Bildiyimiz kimi, respublikamızda koronavirusla mübarizə tədbirlərinin nisbətən yumşaldılması gözlənilir. Çox vaxt vətəndaşlar zərurət olmadan kütləvi şəkildə iri ticarət mərkəzlərinə, istirahət üçün kafe və restoranlara, parklara və mərkəzi küçələrə üz tuturlar. Könüllülər tərəfindən başladılan aksiyanın məqsədi vətəndaşları sosial məsuliyyət nümayiş etdirməyə dəvət etmək üçün maarifləndirmə işlərinin daha da genişləndirilməsi, bu istiqamətdə görülən işlərə könüllü dəstəyi göstərərək yoluxma sayının minimuma endirilməsindən ibarətdir.
Belə ki, könüllülər yuxarıda adları qeyd olunan yerlərdə, xüsusilə də qapalı məkanlarda insanlar arasında şifahi şəkildə maarifləndirmə apararaq və bukletlər paylayaraq sosial məsafənin qorunması, maskadan istifadənin önəmi barədə məlumat verirlər və bu aksiyanı davam etdirilər. Onlar vətəndaşları sadə preventiv qaydalara əməl etməklə özlərinin və sevdiklərinin sağlamlığını qorumağa çağırırlar.
Gənclərin potensialından daha da səmərəli istifadə etmək, cəmiyyətin bütün yerlərində gənclərin fəal iştirakına şarait yaratmaq, onlara peşəvərdişlərini aşılamaq və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, insanlarla ünsiyyətin formalaşmasını təmin etmək və könüllülük hərakatının inkişaf etdirilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif tədbirlər davam etdirilir.