Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşmüşdür
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Alı Mustafayev küçəsi 10-12 ünvanda aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuş, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir.
Görüş zamanı bildirilmişdir ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri uğurla həyata keçirilir.
Hazırda Alı Mustafayev küçəsi 10-12 saylı ünvandakı yaşayış binalarının fasadlarında əsaslı təmir işləri davam etdirilir, görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv qurğular yığışdırılaraq müasirləri ilə əvəz olunur, binaların həyətində sakinlərin istirahəti üçün şərait yaradılır.
Görüş zamanı karantin rejimi dövründə hər kəsin dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək olmasının vacibliyi bildirilmiş, sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.