Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda monitorinqlər davam etdirilir

15 avqust 2020 | 16:00

Nəsimi rayonu ərazisində Rayon İcra Hakimiyyəti  Başçısının,  Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin və  rayonun ayrı-ayrı əraziləri üzrə  karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda,  ticarət obyektlərində  və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə monitorinqlər davam etdirilir.

Monitorinqlər  zamanı  obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilir, pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.

Keçidlər