Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

18 avqust 2020 | 16:00

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti  boyunca   genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri  başa çatdırımış,  Moskva prospekti 46,52, 58, 62, 70, 74, 82, 86, 90, 92 və 96 saylı binaların fasadlarında bərpa və rənglənmə işləri aparılmış,  binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılmışdır.

Görülmüş  işlər çərçivəsində 3000 kv.m-dən artıq  qazon örtüyü  vurulmuş, 2500 kv.m-ə yaxın   səki daşları yenilənmiş, 1900 p/m  yeni bardür quraşdırılmışdır.Əraziyə  2000 kv.m-dən artıq asfalt vurulmuş, yaşıllıqların sulanması üçün yeni su xəttləri çəkilmiş, yeni salınmış yaşıllıqların mühafizəsi üçün dəmir barmaqlıqlar quraşdırılmış, 600-dən  artıq  müxtəlif növ  həmişəyaşıl ağac və kollar əkilmişdir.  Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün Moskva prospekti 52, 74, 82 və 96 saylı binaların həyətlərinə  söhbətgahlar qoyulmuşdur. Görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv reklamlar yığışdırılaraq ərazidə yeni yaşıllıq zolaqları salınmış, mövcud yaşıllıqlar bərpa edilmişdir. Tbilisi prospekti boyunca  istinad divarlarında bərpa və rənglənmə işləri başa çatdırılmışdır.

Hazırda Moskva prospekti, 20 Yanvar, A.Məhərrəmov və M.Cəlal küçələrinin əhatə etdiyi kvartalda  ( “Şamaxinka” deyilən ərazidə) genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri həyata keçirilir.  

 Görülmüş işlər çərçiivəsində  Moskva prospekti 96 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri yaşayış sahələrinin fasadları təmir olunur, pilləkənlər və istinad divarları  əsaslı təmir edilir.  Hazırda 250 kv.m sahəyə səki daşı döşənmişdir.Vətəndaşların asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə bir ədəd söhbətgah quraşdırılmışdır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Rayonun həm mərkəzi, həm də mikrorayonlar ərazilərində aparılan abadlıq-quruculuq işləri əhalinin razılığı ilə qarşılanır  və bu işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Keçidlər