Nəsimi rayonunda reydlər davam etdirilir
20 avqust 2020 | 16:00
Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə ticarət obyektlərində və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə reydlər davam etdirilir.
Reydlər zamanı obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri barədə müvafiq tapşırıqlar verilir, pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.