"Son Zəng" günü
01 iyun 2013 | 15:00
Artıq uzun illərdir ki, “Son zəng” Azərbaycan orta ümumtəhsil məktəblərində təntənəli şəkildə qeyd edilir. Əvvəllər son dərs günü - mayın 25-i məzunlar üçün bayrama çevrilirdi. Məktəblərdə xüsusi mərasimlər təşkil olunur, ziyafətlər verilir, məzunlar şəhərə, xüsusən Milli Parka çıxıb əylənirdilər. Bir neçə ildir ki, məktəblərimizdə “Son zəng” mayın sonuncu günündə çalınır. Səbəb tədris müddətinin uzadılmasıdır. Bu ayın 30-da orta məktəblərdə tədris ili başa çatır.
Bu il “Son Zəng” Nəsimi rayon məktəblərində də təntənəli şəkildə qeyd edilib. 2012-2013-cü tədris ilində 31.05.2013-cü il tarixdə Nəsimi rayonu 31 təhsil müəssisəsindən 1877 nəfər məzun olmuşdur.