Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
Hörmətli Mehriban xanım!
Sizi – nəcibliyi, xeyirxahlığı, mərhəməti, vətənpərvərliyi ilə xalqın dilində və ürəyində dərin hörmət və ehtiramla yaşayan görkəmli dövlət xadimini Nəsimi rayon ictimaiyyəti adından - Ad günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Hörmətli Mehriban xanım!
Siz, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün xeyirxahlıq və mərhəmət nümunəsisiniz. Uzun illərdən bəri yerinə yetirdiyiniz, şərəflə daşıdığınız missiya bunu qətiyyətlə və birmənalı şəkildə söyləmək üçün tam əsas verir. Harada xeyirxah, işıqlı əməllər, fəaliyyət varsa, orada Mehriban xanım Əliyevanın imzası vardır. Bu gün Azərbaycan xalqı Mehriban xanım Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin dövlətçilik kursunun ən fəal təmsilçilərindən olaraq istər ictimai, istərsə də siyasi fəaliyyətinizdə daim Ulu öndərin amallarını yaşadır və təbliğ edirsiniz. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələr verərək milli mədəniyyətimizin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında Sizin müstəsna xidmətləriniz vardır. Rəhbərliyiniz altında reallaşan çoxsaylı layihələr nadirliyi, orijinallığı, yetkinliyi və fəlsəfi bitkinliyi ilə seçilərək, milli-mənəvi ideallara, humanist dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın möhkəmləndirilməsinə istiqamətlənibdir.
Hörmətli Mehriban xanım!
Sizin Azərbaycan naminə fədakar və yorulmaz fəaliyyətiniz təkcə bunlarla məhdudlaşmır, kifayətlənmir. Siz daim Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əsl fədakarlıq, əsl vətəndaslıq nümunəsi sərgiləyirsiniz.
Sizin əməlləriniz bəşəridir, bəşəriyyətin xəzinəsidir. İstər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyünüz işlər xalqımızın rəğbətini qazanmaqla yanaşı, beynəlxalq miqyasda da daim yüksək ehtiramla qarşılanıbdır. Siz görkəmli fəaliyyətiniz ilə insanların ağıl, düşüncə, ürək və göz yaddaşında heç vaxt pozulmayacaq bənzərsiz bir lövhə yaradıbsınız.
Hörmətli Mehriban xanım!
Bir daha Sizi – xalqımızın xoşbəxt gələcəyi, dövlətimizin möhkəmliyinin, müstəqilliyinin, əbədiliyinin və dönməzliyinin təmin olunması üçün Möhtərəm Prezidentimizlə birlikdə çalışan görkəmli dövlət xadimini – Ad gününüz münasibətilə təbrik etməkdən böyük şərəf duyur, Sizə möhtəşəm ictimai-siyasi fəaliyyətinizdə böyük nailiyyətlər, daim firavanlıq, xoşbəxtlik uzun ömür, cansağlığı diləyirik.
Dərin hörmət və ehtiramla,
Nəsimi rayon İcra Hakimiyyətinin
Başçısı Asif Əsgərov