Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşmüşdür

01 sentyabr 2020 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif   Əsgərov Cavadxan küçəsi 10,12,16,18 və  26 saylı  ünvanlarda    aparılan  abadlıq-quruculuq işləri ilə  tanış olmuş, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir.

Görüş zamanı bildirilmişdir ki, Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri  uğurla həyata keçirilir.

Görüşdə  karantin rejimi dövründə hər kəsin dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək olmasının vacibliyi bildirilmiş,  sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər