Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

08 sentyabr 2020 | 16:00

Paytaxtımızda  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması istiqamətində işlər uğurla davam etdirilir.

 Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti  boyunca   genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri  başa çatdırımış,  Moskva prospekti 46,52, 58, 62, 70, 74, 82, 86, 90, 92 və 96 saylı binaların fasadlarında bərpa və rənglənmə işləri aparılmış,  binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılmışdır. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün Moskva prospekti 52, 74, 82 və 96 saylı binaların həyətlərinə  söhbətgahlar qoyulmuşdur. Görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv reklamlar yığışdırılaraq ərazidə yeni yaşıllıq zolaqları salınmış, mövcud yaşıllıqlar bərpa edilmişdir. Tbilisi prospekti boyunca istinad divarlarında bərpa və rənglənmə işləri başa çatdırılmışdır.

  Rayon ərazisində hazırda görülən işlər sırasında “Abad Həyət” layihəsi çərçivəsində A.Mustafayev küçəsi 10, 12, Cavadxan küçəsi 10, 12, 16, 18 ünvanlarını əhatə edən ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri həyata keçirilir.  

  Görülmüş işlər çərçivəsində  A.Mustafayev küçəsi 10, 12 ünvanda binaların fasadları təmir edilmiş, hazırda həyət sahəsində torpaqlama işləri aparılır. Vətəndaşların asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə bir ədəd söhbətgah quraşdırılmışdır.

   Cavadxan küçəsi 10, 12, 16, 18 ünvanlarını əhatə edən ərazidə son tamamlanma işləri aparılır, hazırda yeni asfalt örtüyünün çəkilişi davam etdirilir.

 

Keçidlər