Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə həyata keçirilən zəruri tədbirlər davam etdirilir.
Nəsimi rayonu ərazisində koronavirus (COVİD - 19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir.
Rayon İcra Hakimiyyəti Başçısının, RİH Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin və rayonun ayrı-ayrı əraziləri üzrə karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə monitorinqlər davam etdirilir.
Monitorinqlər zamanı obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilir, pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.