Rayon İcra Hakimiyyətinin başçısı C.Səlimov 7, 9 ünvanlarında yaşayan sakinlərlə görüşmüşdür.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov C.Səlimov küçəsi 7,9 ünvanlarında “Bizim Həyət” layihəsi çərçivəsində aparılan abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olmuş, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir.
Görüş zamanı bildirilmişdir ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri uğurla həyata keçirilir.
Görüşdə karantin rejimi dövründə hər kəsin dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək olmasının vacibliyi bildirilmiş, sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmiş, qaldırılan məsələlər operativ həll olunmuşdur.