ELAN
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısının 17 sentyabr 2020-ci il tarixli 115 saylı Sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından və vətəndaş cəmiyyəti institutu nümayəndələrindən ibarət seçki komissiyası yaradılmışdır.
Bununla əlaqədar olaraq 18.09.2020-ci il tarixdən etibarən 20 iş günü müddətində Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 16.10.2020-ci il tarixdə başa çatacaqdır