Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya dövründə xüsusi karantin rejiminin yerinə yetirilməsi, mararifləndirmə işlərinin aparılması və dezinfeksiya işlərinin gücləndirilməsi barədə tədbirlər davam edir.

21 sentyabr 2020 | 16:00

Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədi ilə yaradılmış  mobil qrup üzvləri ilə onlayın görüş keçirilmişdir. Onlayn görüşdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi Bələdiyyəsinin, Mənzil Kommunal Təssərüfatı Birliyinin, Mənzil Kommunal İstismar Sahələrinin rəhbərləri və mobil qrup üzvləri iştirak etmişdir.

Onlayn görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə əhalinin sıx olduğu məkanlarda ictimai-iaşə və ticarət obyektlərində maarifləndirmə işlərinin aparılmasının daha da gücləndirilməsinin, yaradılmış mobil qrup üzvləri tərəfindən reydlərin mütəmadi aparılmasının zəruriliyini qeyd edərək,  əhalinin sağlamlığının qorunması məqsədi ilə qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi, eyni zamanda məktəb və məktəbəqədər tərbiyə müəssisələrinin ətraf ərazilərində gediş-gəliş yerlərinin daim nəzarətdə saxlanılmalı olduğunu bildirdi. Çoxmənzilli yaşayış binaların girişlərində, pilləkən qəfəslərində, lift kabinələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, səkilərdə, yol kənarındakı parklarda, obyektlərin qarşısında, avtobus dayanacaqlarında dezinfeksiya işlərinin aparılmasının, həmçinin virusa yoluxmuş evdə müalicə alan xəstələrlə bağlı  müvafiq maarifləndirici işlərin davam etdirilməsinin vacibliyi vurğulandı.

 

Keçidlər