Rəşadətli ordumuz müqəddəs Vətən torpaqlarını azad edir. Qarabağ Azərbaycandır !
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərinin işğaldan azad edildiyini elan edib.
Bu günlərdə Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə Qarabağımızın Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi uğrunda gedən qalibiyyətli döyüşlər hər bir soydaşımızın qəlbini inam, qürur, sevinc hissi ilə doldurur.
Qarabağda zəfər yürüşümüzün davam etdiyi bir vaxtda cəmikyyətdə olan yüksək döyüş ruhu, vətənpərvərlik hissi, Möhtərəm Prezidentimizə olan inam və sevgi düşmən üzərində qələbənin mötəbər təminatına çevrilib.
Azərbaycan xalqı ayağa qalxaraq yurdsevər, qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə tarixi torpaqlarını murdar düşməndən təmizləyir. Azərbaycan Ordusu strateji mövqeləri ələ keçirərək düşmənə sarsıdıcı zərbələr vurur, işğalçını dayanmadan geri otuzdurur. İgid əsgər və zabitlərimiz cəbhədə olduqca böyük qəhrəmanlıqlar və qeyri-adi şücaətlər nümayiş etdirirlər. Xain düşmən isə Qarabağda döyüş meydanında uduzduqca, daha da vəhşiləşir. Azərbaycanın şəhər və kəndlərinin dinc əhalisini hədəfə alır. Erməni hərbçiləri zalım və qəddar olduqları qədər də qorxaq və miskindirlər. Bu erməni xislətidir. Milli Ordumuz, xalqımız Qarabağı işğaldan azad etmək üçün ədalətli müharibə aparır.
Azərbaycanın haqq işi qalib gələcək.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!