Nəsimi rayonunda reydlər davam etdirilir
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin və rayonun ayrı-ayrı əraziləri üzrə karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə reydlər davam etdirilir.
Reydlər zamanı zamanı sakinlərlə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiya edici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilir.
Koronavirus pandemiya şəraitində vətəndaşları effektiv şəkildə qorumaq üçün Nəsimi rayon İcra Hakimiyyətinin mobil qrupları əhalinin sıx olduğu yerdə mütəmadi maarifləndirmə işi aparır və qoruyucu maskalar paylanılır.
Qeyd olunmalıdır ki, ölkədə karantin rejimi tətbiq ediləndən bəri Nəsimi rayon İcra hakimiyyətində önləyici tədbirlər yüksək səviyyədə həyata keçirilir. Belə ki. mütəmadi olaraq ərazidə yerləşən ərzaq mağazaları, aptek və supermarketlər, xəstəxanaların həyətləri ziyarət edilərək vətəndaş və ictimai iaşə obyektlərinin əməkdaşları ilə maarifləndirici söhbətlər edilir. Əməkdaşlarımız qapalı məkanlarda sanitar-epidemioloji qaydaların gözlənib-gözlənilmədiyini bilavasitə nəzarət edirlər. Baxış zamanı müəyyən edilən çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilir. Qapalı məkanlarda sıxlığa yol verilməməsi və tibbi qoruyucu vasitələrdən istifadəyə nəzarətin gücləndirilməsinə dair söhbətlər aparılır. Karantin rejimi ilə əlaqədar Nəsimi rayonu ərazisində monitorinqlər davam edir.