Şriftin ölçüsü :

Saytın rəngi :

Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları uğurla davam etdirir. Qarabağ Azərbaycandır !

15 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərinin işğaldan azad edildiyini bəyan etmişdir.

Azərbaycan Ordusu hazırda cəbhədə bir-birinin ardınca möhtəşəm uğurlar əldə edir, düşmənlə təmas xəttində döyüş şücaəti göstərir, xalqı­mızın illərdən bəri həsrətlə gözlədiyi Böyük Qələbə salnaməsinin şan­lı səhifələrini yazır. Bu gün hər bir vətəndaşımızda ruh yüksəkliyi var, hamı orduya inam, qələbəyə əminlik hissi ilə yaşayır. İnsanlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun tezliklə erməni qəsbkarlarını doğma torpaqlarımızdan qovacağına, Azərbaycan xalqına qələbə sevinci yaşadacağına ürəkdən inanır.

Otuz il ərzində böyük bir inkişaf yolu keçmiş Azərbaycan bu gün güclü iqti­sadiyyatı ilə bütün dünyaya sürətlə in­teqrasiya edir, sosial-iqtisadi sahələrdə yüksək göstəricilər qazanır və bütün bunlar ordumuzun güclənməsini şərtləndirir. Elə buna görə hazırda Azərbaycan Ordusu müstəqilliyimizin, suverenliyimizin qarantına çevrilib. Si­lahlı qüvvələrimizin müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, mad­di-texniki təchizatının yaxşılaşdırılması yönündə indiyədək atılan önəmli addım­ların nəticəsidir ki, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır.

Elə bu güc-qüvvə ilə düşməni yerinə oturdan ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları uğurla davam etdirir. Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurur, işğalçıya layiqli cavab verərək ard-arda mühüm qələbələr qazanır.

.Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır 

Keçidlər