Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır. Çıxsın erməni işğalçıları Azərbaycan torpağından !
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev xalqa müraciətində müzəffər Azərbaycan Ordusunun Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndlərinin və Füzuli şəhərinin işğaldan azad edildiyini elan etdi. İnsanın taleyində, mənsub olduğu xalqın, ölkənin həyatında elə anlar yaşanır, elə hadisələr baş verir ki, onu yazmaq, sözlə ifadə etmək çətin, bəzən də mümkünsüz olur. Bu anlar o anlar, bu günlər o günlərdi. Bu, həsrətində olduğumuz QƏLƏBƏ sorağıdır.
Bu günlərdə Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə Qarabağımızın ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi uğrunda gedən qalibiyyətli döyüşlər hər bir soydaşımızın qəlbini inam, qürur, sevinc hissi ilə doldurur.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin təbirincə desək, bu qələbə Azərbaycan xalqının əldə etdiyi gələbələr arasında ən parlaq qələbələrdəndir. Xalqımız bu günlər tarixinin ən şərəfli səhifələrini yazır. Onun qəhrəman ordusu öz qüdrətli, yenilməz SƏRKƏRDƏSİnin rəhbərliyi altında tarixi ədalətsizliyə, 30 illik həsrətə, bəlkə də bir neçə əsrlik ağrı-acıya son verir. Bu xalqın uşaqdan-böyüyəcən hər bir fərdi yumruq olub iyirmi birinci yüzilliyin faşizmini, şovinist irqçi rejimini, millətçi vandalizmi əzir, müqəddəs Vətən torpaqlarından, Qarabağımızdan süpürüb-atır.
Xain düşmən isə Qarabağda döyüş meydanında uduzduqca, daha da vəhşiləşir. Azərbaycanın şəhər və kəndlərinin dinc əhalisini hədəfə alır. Erməni hərbçiləri zalım və qəddar olduqları qədər də qorxaq və miskindirlər. Bu erməni xislətidir. Erməni faşistləri hər zaman olduğu kimi bu gün də “gücünü” günahsız insanlara göstərməklə mülki əhaliyə qarşı terror törədir. Amma bu gün Gəncəyə edilən xain zərbələri şəhidlərimizin qisasının alınması üçün xalqımızı bir-birinə daha yaxın edir və daha möhkəm bağlayır.
Hazırda düşmənin başına od yağdıran şanlı ordumuzun sıralarında Vətənimiz Azərbaycan uğrunda xalğımızın qəhrəman övladları şərəflə vuruşur, işğal olunmuş torpaqlarımızı düşməndən qarış-qarış təmizləyir, bizə, ən əvvəl isə özünə layiq olduğu və çoxdan gözlədiyimiz QƏLƏBƏ sevincini bəxş edir.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müdrik dövlət siyasəti dövlət başçısı möhtərəm İlham Əliyev tərəfindən müdrikliklə həyata keçirilir, elə Vətən müharibəsinin zəfər dolu, qələbələrlə zəngin olan bu günlərində də öz bəhrəsini, töhfələrini verir.
Zəfərlərin bol olsun, Azərbaycan Ordusu ! Qarabağ Azərbaycandır !