Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Milli Qurtuluş Günü qeyd edildi

14 iyun 2013 | 15:00

Nəsimi rayonunda Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları rayon icra hakimiyyətinin inzibati binasında ümummilli Liderimiz Heydər Əliyevin büstü önünə gül dəstələri düzdülər.
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq məruzə ilə çıxış etdi. Natiq bildirdi ki, xalqımız hər il 15 iyun gününü təntənə ilə Milli Qurtuluş Günü kimi qeyd edir. 1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndərimiz Heydər Əliyev ölkəmizi parçalanaraq məhv olmaq, canından əziz bildiyi Azərbaycanı dünya xəritəsindən silinərək yox olmaq təhlükəsindən xilas edərək öz müqəddəs tarixi missiyasını yerinə yetirərək müstəqil Azərbaycan dövlətinin qurucusu və memarına çevrildi. Dahi şəxsiyyət və böyük vətənpərvər Heydər Əliyev öz titanik fəaliyyətində daim ümumxalq mənafeyindən çıxış etmiş, hakimiyyətdə olduğu hər iki dövrdə bu amal uğrunda əlindən gələni əsirgəməmişdir. Xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun Azərbaycan xalqının ölüm-dirim mübarizəsindən qalib çıxmaq, fiziki məhvdən qurtulmaq və ölkəmizin böyük inkişafa qədəm qoymaq günüdür. Bu qurtuluşu isə bütün təhlükələrə və çətinliklərə baxmayaraq doğma xalqına bəxş edən insan böyük xilaskarımız, dahi azərbaycanlı Heydər Əliyevdir.
Ümummilli liderimizin müdrik siyasəti nəticəsində ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu sahəsində böyük işlər görülmüş, genişmiqyaslı iqtisadi islahatlar həyata keçirilmiş, elm, səhiyyə, mədəniyyət, idmanda uğurlara nail olunmuşdur. Bugünkü qüdrətli, böyük inkişaf yolu ilə müvəffəqiyyətlə irəliləyən Azərbaycana görə hamımız ümummilli liderimiz, müstəqil dövlətimizin memarı Heydər Əliyevə minnətdarıq. Məhz Heydər Əliyevin sayəsində Azərbaycanın müstəqilliyi əbədi və dönməz olmuşdur. Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş həmin müdrik siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bizi yeni qələbələrə aparır.
Sonra ölkəmizin tanınmış müğənnilərinin iştirakı ilə böyük konsert proqramı nümayiş etdirildi.
Tədbirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Aytən Mustafayeva və Ziyad Səmədzadə iştirak edirdilər.

Keçidlər