Qüdrətli Azərbaycan Ordusu işğalçıları Qarabağımızdan rədd edir. Qarabağ Azərbaycandır!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şanlı Ordumuz tərəfindən Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama , Xumarlı, Sarıl, Babaylı, Üçüncü ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, İçəri Muşlan, Məlikli, Cahangirbəyli, Baharlı, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərinin, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərinin işğaldan azad edildiyini açıqlayıb.
Xalqımızın qəhrəman ordusu öz qüdrətli, Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədalətsizliyə, 30 illik həsrətə son verir. Ordumuz işğalçıları, vandalları, faşistləri müqəddəs Vətən torpaqlarından, Qarabağımızdan rədd edir.
Qarabağda zəfər yürüşümüzün davam etdiyi bir vaxtda ölkəmizdə Möhtərəm Prezidentimizə olan inam və sevgi düşmən üzərində qələbənin mötəbər təminatına çevrilib.
Azərbaycan Ordusu strateji mövqeləri ələ keçirərək düşmənə sarsıdıcı zərbələr vurur, işğalçını dayanmadan geri otuzdurur. Hələ də Ermənistan ordusunun işğalında qalan Vətən torpaqlarımızı da bu xoş aqibət gözləyir.Haqq, ədalət bizim tərəfimizdədir. Çünki Azərbaycan xalqının, Azərbaycan dövlətinin tarixboyu heç bir ölkənin torpağında gözü olmayıb.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!