Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın haqq savaşı uğurlarla davam edir. Qarabağ Azərbaycandır!

23 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev  şanlı Ordumuz tərəfindən Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərinin, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərinin, Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərinin işğaldan azad edildiyini açıqlayıb.

Qəhrəman Ordumuz təcavüzkar Ermənistana ən böyük məğlubiyyətini, hərbi sarsıntısını yaşadır. Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsı­dıcı zərbələr endirməklə əldə etdiyi mühüm qələbələr xalqımız tərəfindən böyük sevinclə qarşılanır.

Azərbaycan Ordusunun zəfər yürüşü onun sıralarındakı cəsur və mərd oğulları tərəfindən gerçəkləşir. Əsgər və zabitlərimizin cəbhədə bir-birinin ardınca uğurlar əldə etmələri, düşmənlə təmas xəttində döyüş şücaətləri göstərmələri və xalqımızın illərdən bəri gözlədiyi Böyük Qələbə salnaməsinin ilk səhifələrini yazmaları hər bir vətəndaşımızda ruh yüksəkliyi yaradır, orduya inam, qələbəyə əminlik hissini gücləndirir. Bu gün hamımız inanırıq ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan qovacaq, bizə zəfər bayramı, qələbə sevinci yaşadacaq. Azərbaycanın apar­dığı bu savaş haqq mübarizəsidir, haqq davasıdır.     

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Keçidlər