Doğma kəndlərimiz işğaldan azad olunur. Qarabağ Azərbaycandır !
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müzəffər Ordumuz tərəfindən Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərinin işğaldan azad edildiyini açıqlayıb.
Azərbaycan Ordusu cəbhədə azğın düşmənə dərs verməkdə davam edir. Ali Baş Komandanımız qazanılmış qələbələr barədə Azərbaycan ictimaiyyətini məlumatlandırır.
Vəhşi düşmən işğal etdiyi şəhər və kəndlərimizi viran qoyub, bütün inzibati binalar, evlər, sosial obyektlər, tarixi-dini abidələrimiz dağıdılıb. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi “işğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir”.
Azad olunmuş kəndlərin, şəhərlərin videogörüntülərinə baxanda adam dəhşətə gəlir. İnanmaq olmur ki, bu dağıntıları XXI əsrin insanları törədiblər. Bu, əsl orta əsr vəhşiliyidir. Ona görə də müasir düşüncə bu cür əməl sahiblərinin cəzalandırılmasını tələb edir. Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir. Azərbaycanın hansı vəhşilərlə üz-üzə qaldığını bütün dünya gördü. Ermənistan döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmir və yenə də hər zaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi, mülki əhalinin yaşadığı yerləri atəşə tutmaqla həyata keçirir. Mülki şəxslər həlak olur, dinc insanlar yaralanır.
Hazırda bu vəhşiliklərin cavabını Azərbaycan Ordusu döyüş meydanında cəsarətlə verir. Düşmənə tarixi bir dərs verilir. Ali Baş Komandanın iradəsi ilə Azərbaycan ədalətli savaşını uğurla davam etdirir.
Eşq olsun Azərbaycan Ordusuna ! Qarabağ Azərbaycandır !