Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşadətli Azərbaycan Ordusu kəndlərimizi işğaldan azad edir. Qarabağ Azərbaycandır !

03 noyabr 2020 | 16:00

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəşadətli  Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq kəndlərini, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndlərini, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etdiyini elan etmişdir.

Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsı­dıcı zərbələr endirməklə əldə etdiyi mühüm qələbələr xalqımız tərəfindən böyük sevinclə qarşılanır. Düşməni yerinə oturdan ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları uğurla davam etdirir. Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurur, işğalçıya layiqli cavab verərək ard-arda işğal altındakı torpaqlarımızı azad edir.

Qeyd edək ki, düşmən döyüşdə uduzduğunu anla­dığına görə, təxribatlara əl atmaqla, mülki vətəndaşlarımızı atəşə tutmaq­la, infrastrukturumuzu dağıtmaqla qeyri-insani xislətini, beynəlxalq hüquqa, ali bəşəri dəyərlərə zərrə qədər də olsun hörmət etmədiyini bir daha təsdiqləyir. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç birini yerinə yetirməyən Ermənistan hazırda mülki insanları atəşə məruz qoy­maqla yeni-yeni cinayətlər törədir. Lakin işğalçı dövlət bilməlidir ki, Azərbaycan Ordusu erməni faşizminin layiqli cavabını verəcək və onu etdiyi hər cinayətə, vəhşiliyə görə cəzalandıracaq.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır !

 

Keçidlər