Müzəffər Azərbaycan Ordusu doğma kəndlərimizi azad edir. İşğalçılar döyüş meydanında cəzalarını alırlar.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müzəffər Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun Mirək, Kavdar kəndlərinin, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndlərinin, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərinin işğaldan azad edildiyini açıqlayıb.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu günlər Ordumuz döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirməkdə davam etdirir, illərdir yağı tapdağında olan doğma torpaqlarımızı, kənd və qəsəbələrimizi işğaldan azad edir.
Prezidentimiz uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik nümayiş etdirir. Azərbaycan xalqının haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyur. Bütün çətinliklərə, xarici qüvvələrin təzyiqinə cəsarətlə sinə gərir və onları dəf edir.
Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyi ölkəsini işğalçılığa, cinayətə, aclığa, səfalətə sürükləyib. Zorla orduya göndərilən ermənilər, eləcə də qadınlar, yeniyetmələr, qocalar özgə torpağında ucuz, urvatsız ölümə məhkum edilirlər. Odur ki, erməni döyüşçüləri meydandan qaçır, ölkəsinin cinayətkarlıqla əldə etdiyi silahı atıb gedir, məğlub olurlar.
Məğlubiyyətin acısının və xəcalətinin əvəzini isə faşist xislətli ermənilər cəbhə zonasından yüz kilometrlərlə aralıda yerləşən ərazilərə qadağan olunmuş silahlardan atəş açaraq Azərbaycanın dinc əhalisindən, o cümlədən gül üzlü körpələrdən çıxır.
Onlar törətdikləri vəhşiliklərə, vandalizm və cinayətlərə görə döyüş meydanında cəzalarını alırlar. Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi müzəffər Azərbaycan Ordusu onlara kimin kim olduğunu sübut edir.
Eşq olsun Azərbaycan Ordusuna ! Qarabağ Azərbaycandır !