Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd edildi

24 iyun 2013 | 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may  2006-cı  il  tarixli  sərəncamı ilə 23 iyun ölkəmizdə Dövlət  Qulluqçularının  Peşə Bayramı Günü  kimi  qeyd edilir.
Bu  əlamətdar  gün  münasibətilə Nəsimi  rayonunda  tədbir keçirilmişdir. Tədbiri  Nəsimi  Rayon İcra  Hakimiyyətinin  başçısı  Nəsib  Məhəməliyev açaraq dövlət  qulluqçularını  təbrik  etmiş və onlara  fəaliyyətlərində  uğurlar  arzulamışdır.  Natiq bildirmişdir ki,   Ümummilli  liderimiz  Heydər Əliyevin ölkəmizə  rəhbərlik  etdiyi dövrdən başlayaraq dövlət  idarəetmə  sisteminin  təkmilləşdirilməsi, çevik  və işgüzar  idarəetmə  strukturunun  yaradılması,  icra  hakimiyyəti  orqanlarının  funksional vəzifələrinin  müəyyən  edilməsi  məqsədilə  xeyli  işlər görülmüşdür. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da  müasir  tələblər səviyyəsində  təşkili, onun təkmilləşdirilməsi daim diqqət  mərkəzində duran məsələlərdən  biri  olmuşdur.  Dövlət  qulluğunu  tənzimləyən  əsas  sənəd  2000-ci  ilin  iyulunda  Ümummilli  liderimiz  Heydər  Əliyevin   təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş  “Dövlət  qulluğu  haqqında” Azərbaycan Respublikası Qanunudur. Məhz bu  qanun qəbul  edildikdən  sonra  Azərbaycanda  müasir  dövlət  qulluğu  ənənələri  təşəkkül  tapmağa başlamışdır. Bu  mühüm  sənəd ölkəmizin  idarə  olunmasına,  müstəqilliyimizin  möhkəmləndirilməsinə,  düzgün  kadr siyasətinin aparılmasına, dövlət  qulluqçularının cəmiyyətdəki yerini,  onların  hüquq və   vəzifələrini müəyyənləşdirilməsinə xidmət göstərir.
Nəsimi  Rayon  İcra  Hakimiyəti  sənədlərlə  və  vətəndaşların   müraciətləri ilə  iş  şöbəsinin  müdiri  Nazim Quliyev məruzə ilə   çıxış  etdi.  O dedi ki,  dövlət  qulluqçularının  fəaliyyəti  daim  ictimaiyyətin  diqqət  mərkəzindədir. Dövlət  qulluqçusu  öz fəaliyyətində  humanizm  və  sosial  ədalət  priniplərinə  əsaslanan  mənəvi  normaları  rəhbər tutmalıdır.
“Dövlət qulluğu haqqında”  Qanunun,  bu  istiqamətdə  qəbul  edilmiş  digər  normativ-hüquqi  aktların əsas  tələbi də budur.  Dövlət  qulluğunda olmaq dövlətin,   millətin,  cəmiyyətin  qulluğunda  olmaq  deməkdir.  Mənəvi  saflıq, vicdanlılıq və təmənnasızlıq dövlət  qulluğunda başlıca meyarlardır.
Sonra  məruzə   ətrafında  çıxışlar  oldu.  Dövlət  qulluğunda  fərqlənən  bir qrup  əməkdaş  mükafatlandırıldı.
Nəsimi  Rayon  İcra Hakimiyyətinin  başçısı  Nəsib Məhəməliyev  yekun çıxışını etdi.

Keçidlər