Şriftin ölçüsü :

Saytın rəngi :

Doğma kəndlərimizi işğaldan azad edən Müzəffər Ordumuza Eşq Olsun! Qarabağ Azərbaycandır !

07 noyabr 2020 | 16:00

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Müzəffər Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndlərinin, Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndlərinin, Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndlərinin, Zəngilan rayonunun Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat kəndlərinin, Xocavənd rayonunun  Ataqut, Tsakuri kəndlərinin işğaldan azad edildiyini elan edib.

Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə Qarabağımızın ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi uğrunda aparılan qalibiyyətli döyüşlər hər bir soydaşımızın qəlbini inam, qürur hissi ilə doldurur.

Əminliklə deyə bilərik ki, Qarabağda zəfər yürüşümüzün davam etdiyi bir vaxtda cəmiyyətimizdə olan vətənpərvərlik hissi, Ordumuzda yüksək döyüş ruhu Möhtərəm Prezidentimizə olan inam və sevgi düşmən üzərində qələbənin təminatına çevrilmişdir

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi torpaqlarını murdar düşməndən təmizləyir, strateji mövqeləri ələ keçirərək düşmənə sarsıdıcı zərbələr vurur, qorxaq və miskin işğalçını durmadan geri otuzdurur. İgid əsgər və zabitlərimiz cəbhədə olduqca böyük qəhrəmanlıqlar və şücaətlər nümayiş etdirirlər.

Milli Ordumuz, Xalqımız Qarabağı işğaldan azad etmək üçün ədalətli müharibə aparır. Haqq işimiz qalib gələcək.

Eşq Olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Keçidlər