Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Cənab İlham Heydər oğlu Əliyevə

09 noyabr 2020 | 16:00

         Möhtərəm cənab Prezident !

         Möhtərəm Ali Baş Komandan !

 

Sizin rəhbərliyiniz altında Müstəqil Azərbaycanın iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması, xarici siyasət, ordu quruculuğu, islahatların miqyasının genişləndirilməsi və digər strateji önəm daşıyan istiqamətlərdə əldə olunan uğurlar ölkəmizin müasir simasının formalaşması dövrü  kimi tariximizdə mühüm yer tutur. 

Sizin qətiyyətli, müdrik və cəsarətli siyasətiniz Azərbaycan xalqını uğurla parlaq gələcəyə aparır.  Azərbaycan bu gün tarixinin növbəti şanlı, qürurverici dövrünü yaşayır.

27 sentyabrdan başlayan haqq savaşımız hər gün yeni qələbələrlə, zəfərlərlə  hərb tariximizə və yaddaşlara yazılır. Tarixin səhifələrinə qızıl həriflərlə həkk olan bu döyüşlərdə bu gün  düşmənlə yanaşı, bütün dünya dövlətləri  Azərbaycanın və onun şanlı ordusunun gücünü, qüdrətini görür.    Ordumuz öz gücünü və nəyə qadir olduğunu cəbhədəki uğurları, ermənistanın silahlı qüvvələrinə vurduğu  sarsıdıcı zərbələri və  işğaldan azad etdikləri yaşayış məntəqələri ilə göstərir.

Ordumuzun qazandığı nailliyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayan xalqımız  Sizə və Azərbaycan Ordusuna sonsuz minnətdarlığını bildirir.

Siz öz müdrik siyasətinizlə Azərbaycanın müasir, şanlı tarixini yenidən yazırsınız. Xalqımız üçün bu əbədi tarix olacaqdır.

 Hər gün cəbədən aldığımız sevindirici xəbərlərlə, beynəlxalq KİV rəhbərlərinə verdiyiniz səlist və qətiyyətli müsahibələriniz ilə Siz işğalçı ermənistanı siyasi-diplomatik sferada da məğlubiyyətə uğradırsınız.

Siz Ulu Öndərin siyasi yolunu uğurla davam etdirərək, Azərbaycan dövlətinin iqtisadi və hərbi qüdrətini, dünya arenasında nüfuzunu artıraraq ölkəmizin gücünü mənfur düşmənə və onların havadarlarına bir daha göstərdiniz.

 

      Möhtərəm cənab Prezident !

      Möhtərəm Ali Baş Komandan !

 Qarabağın döyünən ürəyi, musiqi və incəsənət beşiyi - Şuşanın işğaldan azad olunması Azərbaycan tarixinin şanlı səhifəsidir. Bu xalqımıza sevinc müjdəsidir. Bu xalqın bütövlük, dəyanət və rəşadət tarixidir.   Şuşa xalqımızın tarixini, mənliyini, mədəniyyətini, ruhunu ifadə edir. Şuşa Azərbaycanın mənəvi paytaxdıdır.

 

      Möhtərəm Ali Baş Komandan !  

 Sizin möhtəşəm rəhbərliyiniz altında Şuşanın azad olunması xalqımıza mənəviyyatımızın, mədəniyyətimizin, mərdliyimizin, tariximizin, qurub yaratmaq əzmimizin bütün məziyyətlərini yenidən bəxş etdi.

Bütün qələbələrin təməlində vətənpərvərlik və döyüş  ruhu dayanır. Bu gün Azərbaycan cəmiyyətində görünməmiş birlik, möhkəm vətəndaş həmrəyliyi, möhtəşəm vəhdət yaranıb.

Xalqımız 30 ilə yaxındır ki, bu günü gözləyirdi. Bu gün vətəndaş həmrəyliyi zirvədədir. Bütün ölkə Möhtərəm Prezident - Sizin və qəhrəman Ordumuzun yanındadır. Ulu Öndər Heydər Əliyevin yaratdığı və Sizin möhkəmləndirdiyiniz bu ordu qələbələrə layiqdir. Bu qələbələr dövlətimizə, ordumuza olan inamı daha etibarlı, daha sarsılmaz edir.

Vətən müharibəsi Azərbaycan Ordusunun uğurları və şücaəti ilə davam edir. Ölkəmizin tarixində bir çox şərəfli anlar, hadisələr, qələbələr olub. Onların sırasında bü günki hadisələr xüsusi yerdədir. Azərbaycan bu gün Sizin qətiyyətiniz, yenilməz siyasətiniz, iradəniz, ordumuzun şücaəti sayəsində qəhrəmanlıq tariximizin yeni şanlı tarixini yaradır. Bu gün ülvü arzular, istəklər, gerçəkləşir. Xalqımızın torpaq həsrətinə son qoyulur. Bu gün Ümummilli Lider Heydər Əliyevin arzuları reallaşır - “ Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale yüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək”.

                 

     Möhtərəm  cənab Prezident !

     Möhtərəm Ali Baş Komandan !   

Siz Müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən,  əzəli və əbədi torpaqlarmız olan Dağlıq Qarabağı işğaldan azad edən məğrur sərkərdə kimi tarixdə qalacaqsınız.

Sizin Komandanlığınızla düşmən əsarətindən xilas edilən torpaqlarımızın, ruhumuzun  ünvanı  olan – Şuşanın azad olunması münasibəti ilə Sizi,  şanlı Ordumuzu təbrik edir, Sizə şərəfli, möhtəşəm, ədalətli işinizdə uğurlar diləyir,  tükənməz güc, qüvvət arzulayırıq . Biz Sizinləyik.  Qanımızla, canımızla, ruhumuzla hər zaman Sizin yanınızdayıq. Biz Sizinlə fəxr edirik. Uca Tanrı Sizi qorusun.

Əminik ki, tezliklə bütün torpaqlarımız düşmən işğalından azad olunacaq, üç rəngli bayrağımız bütün Qarabağda dalğalanacqdır.

Qarabağ uğrunda mübarizə xalqımızın haqq və ədalət savaşıdır.

Qələbə bizimdir!

Zəfər  bizimdir!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

 

 

       Dərin hörmət və ehtiramla,

       Bakı şəhəri Nəsimi rayon ictimaiyyəti adından

       rayon İcra Hakimiyyətinin başçısı

       Asif Əsgərov

Keçidlər