Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Nəsimi rayon sakinləri də Qarabağ zəfərini qeyd edir.

10 noyabr 2020 | 16:00

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi.

Bununla da 30 il davam edən işğala son qoyuldu. Ümumxalq şənliyi gecə saatlarında başlayıb və hələ də böyük coşqu ilə davam etməkdədir. Əllərində Azərbaycanın bayraqlarını, Ali Baş Komandan İlham Əliyevin portretlərini tutan, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirən yüz minlərlə, milyonlarla insan coşqu hissi qələbə yürüşü etmişlər.    

Ölkəmizin bütün şəhər və rayonlarında olduğu kimi, Nəsimi rayonunda da sakinlər yürüşlər keçirərək, Azərbaycanın Rəşadətli Ordusuna və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Keçidlər