Nəsimi rayonunda “Qanvermə aksiyası” keçirilir
07 iyul 2013 | 15:00
Gənclər Fondunun təşkil etdiyi “Qanvermə aksiyası” davam edir. Aksiyaya Nəsimi Rayonu İcra Hakimiyyəti dəstək göstərir.
06.07.2013-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Gənclər Fondu ilə birlikdə Talassemiyalı xəstə uşaqlar üçün qanvermə aksiyası keçirir.
Gənclər Fondu tərəfindən layihə çərçivəsində hazırlanmış Fəxri Donor Kartları qan verən bütün aksiya iştirakçılarına paylanıb. Donor kartları vasitəsilə ümumi məlumat bazası hazırlanacaq və gələcəkdə donorlara müraciət etmək imkanı yaradılacaq.