Nəsimi rayonunda abadlıq işləri davam etdirilir
12 dekabr 2020 | 16:00
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Görülmüş işlər çərçivəsində hazırda Xan Şuşinski küçəsi boyunca, Q.Quliyev 8, A.Səhhət 53-55, N.B.Yusifbəyli 58 unvanlarında yeni piyada səkiləri yaradılır, bardürlər qoyulur,asvalt örtüyü əsaslı təmir olunur.