Nəsimi rayonunda abad həyət layihəsi çərçivəsində işlər davam etdirilir
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq 6 və 8 girişli H.Seyidzadə küçəsi 1 və 2A saylı ümumi yaşayış binalarının fasadlarında başlanılmış bərpa və rəngləmə işləri başa çatdırılmış, binaların dam örtükləri əsaslı təmir olunmuş, həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılmışdır.
Görülmüş işlər çərçivəsində 14 lift dəyişdirilmiş,binaların zirzəmisinə dolan qrunt və kanalizasiya sularının ümumi sistemə axıdılması üçün yeni kanalizasiya sistemi çəkilmiş,yağış barmaqlıqları quraşdırılmış, həyətin asvalt örtüyü yenilənmişdir
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif növ uşaq oyun elementlərinin və idman qurğularının quraşdırılması nəzərdə tutulmuşdur.
Hazırda işlər davam etdirilir.
Rayonun həm mərkəzi həm də mikrorayonlar ərazilərində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.