Nəsimi rayonunda abadlıq işləri davam etdirilir
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Görülmüş işlər çərçivəsində 2020-ci ilin ötən dövrü ərzində rayonunayrı ayrı ünvanlarında 50-dək yaşayış binalarının-Cavadxan küçəsi 11,12,20,23,56, A.Məhərrəmov küçəsi 21,23,33,4/661,60,64, R.Məmmədov küçəsi 19,23,27, Moskva pr. 54,58,20, Yanvar küçəsi 2/51,22,37,39, H.Seyidzadə küçəsi 1,2A,3,4A,5,27A,32, M.Cəlal küçəsi 10,24,58,60,62, A.Mustafayev küçəsi 10-27, H.B.Əliyev küçəsi 4,14,16,38, Azadlıq pr. 70,82, E.Tağızadə küçəsi 13, S.Əsgərova küçəsi 203, 28 May küçəsi 13,K.Səfərəliyeva 19,19A, Ş.Əzizbəyov küçəsi 203, S.Vurğun küçəsi 85 və Topçubaşov küçəsi 21 dam örtükləri əsaslı təmir edilmişdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
Rayonun həm mərkəzi, həm də mikrorayonlar ərazilərində aparılan abadlıq-quruculuq işləri əhalinin razılığı ilə qarşılanır və bu işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.