Nəsimi rayonunda Vətən müharibəsi iştirakçıları və yaralıları ilə video-görüş keçirildi.
Nəsimi rayonunda Vətən müharibəsi iştirakçıları və yaralıları ilə video-görüş keçirilmişdir. Video-görüşdə rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, RİH Aparatının məsul şəxsləri, rayonun idarə, təşkilat, müəssisə rəhbərləri və Nəsimi rayon Vətən müharibəsi iştirakçıları və yaralıları iştirak etmişlər. Video-görüşü giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov vətən uğrunda canlarını qurban verən şəhidlərimizin ruhunu anmağı təklif etmişdir. Bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübüt olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.
Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində ordumuza daima yüksək səviyədə diqqət və qayğı göstərilir.
Respublikamızın hər bir yerində olduğu kimi, Bakı şəhərinin Nəsimi rayonunda da Şəhid ailələrinə, Vətən Müharibəsi iştirakçılarının və yaralıları hərbiçilərin ailələrinə daim diqqət və qayğı göstərilmiş və göstərilməkdə davam edir.
Sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Qismən səfərbərlik elan olunduqdan sonra Nəsimi rayonundan da 780 nəfər əsgər və zabitlərimiz könüllü olaraq cəbhə bölgələrinə getmiş və torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşmüşlər. Torpaqlarımızın azad olunması nəticəsində 21 nəfər şəhidimiz, 77 nəfər yaralı hərbiçimiz olmuşdur. Dövlət tərəfindən şəhid ailələrimiz daim diqqətdə saxlanılır, yaralı hərbçilərimizin sosial yönümlü məsələlərinin həlli istiqamətində müvafiq işlər görülür.
Əsgər ailələri rayon İcra Hakimiyyətinə dəvət olunaraq onlara müvafiq yardımlar göstərilir.
Qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində bir daha şəhid ailələri və yaralı hərbçilərlə görüşüləcəyi, onlara maddi yardım və ərzaq bağlamaları təqdim ediləcəyini bildirən Asif Əsgərov çıxışına yekun vuraraq Zəfər gününün əldə olunmasına görə bütün xalqımızın cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə, eyni zamanda, əsgər və zabitlərimizə borclu olduğunu xüsusi vurğuladı.
Çıxış edən yaralı hərbçilərdən İsmayıl İbrahimovun, Mehman İbrahimovun və Elçin Qurbanovun qaldırdıqları problemlər yerindəcə həll olunmuş və aidiyyatı təşkilatlara müvafiq tapşırıqlar verilmişdir. Göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirən yaralı hərbçilərimiz həm də cənab Prezidentimiz İlham Əliyevi ad günü münasibətilə ürəkdən təbrik etmişlər.