Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

28 dekabr 2020 | 16:00

Paytaxtımızda  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Hal-hazırda həyata keçirilən işlər çərçivəsində H.B.Əliyev küçəsi 3,4,15,40. Cavadxan küçəsi 40, 20 Yanvar küçəsi 6,22,32 saylı bınaların ümumilikdə 62 girişində pilləkan qəfəsləri əsaslı təmir edilir, qapı və pəncərələr yenisi ilə əvəz olunur, 1-ci mərtəbələrdə giriş pilləkanları və döşəmələr aqlay daşla üzlənir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Keçidlər