Nəsimi rayonunda abadlıq işləri davam etdirilir
30 dekabr 2020 | 16:00
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Görülmüş işlər çərçivəsində hazırda H.B.Əliyev küçəsində məhəllə daxili avtomobil yolu və səkilərdə əsaslı təmir işləri davam etdirilir, yeni bardürlər qoyulur. İşlər yekunlaşmaq üzrədir.
Həmçinin RİH Başçısı qeyd olunan ünvanda olaraq vətəndaşların qaldırdıqları digər məsələlərlə maraqlanmış və həlli ilə əlaqədar müvafiq şəxslərə tapşırıqlar verilmişdir.