Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

30 dekabr 2020 | 16:00

Paytaxtımızda  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində hazırda Mərdanov Qardaşları küçəsinin Həsən Əliyev küçəsindən Abbas Səhhət küçəsinədək kəsişmədə avtomobil yolunun asvalt örtüyü yenisi ilə əvəz olunmuş və piyadaların sərbəst hərəkəti üçün bəzi yerlərdə səkilər genişləndirilir, bardürlər yeniləri ilə əvəz olunur, yağış sularının axıdılması üçün münasib yerlərdə barmaqlıqlar quraşdırılır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

 

Keçidlər