Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Vətən Müharibəsi Şəhid Ailələrinə, iştirakçılarına və aztəminatlı ailələrə ərzaq bağlamaları təqdim olundu

30 dekabr 2020 | 16:00

Bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübüt olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.
Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində ordumuza daima yüksək səviyədə diqqət və qayğı göstərilir.
Respublikamızın hər bir yerində olduğu kimi, Bakı şəhərinin Nəsimi rayonunda da Şəhid ailələrinə, Vətən Müharibəsi iştirakçılarına və yaralı hərbiçilərə daim diqqət və qayğı göstərilmiş və göstərilməkdə davam edir.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid Ailələrinə, yaralılara və iştirakçılarına Dünya Azərbaycalıların Həmrəyliyi günü münasibəti ilə RiH tərəfindən maddi yardım və ərzaq bağlamaları, 1000-dən çox aztəminatlı ailəyə isə ərzaq bağlamaları təqdim olunmuşdur.
Maddi yardım və ərzaq bağlaması təqdim olunan ailələrə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər