Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir.

19 yanvar 2021 | 16:00

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində hazırda Cavadxan küçəsi 23A, 20 Yanvar küçəsi 3, 7 və 8 ünvanların hətətlərində avtomobil yolunun asvalt örtüyü yenisi ilə əvəz olunmuş və piyadaların sərbəst hərəkəti üçün bəzi yerlərdə səkilər genişləndirilir, bardürlər yeniləri ilə əvəz olunur. İşlər çərçivəsində Tbilisi prospekti boyunca istinad divarlarında renglənmə işləri aparılır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Keçidlər